Estoniyada quş qripi aşkarlandı, Azərbaycana idxal dayandırıldı

estoniyada-qus-qripi-askarlandi-azerbaycana-idxal-dayandirildi
Oxunma sayı: 816

Estoniyanın Lyaene-Virumaa (Laane-Viru) inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Estoniyanın Lyaene-Virumaa inzibati ərazi vahidindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Estoniyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.