“​Etik prinsipləri qorumalıyıq”

etik-prinsipleri-qorumaliyiq
Oxunma sayı: 1039

“Elm və Təhsil Nazirliyi hər hansı məsələnin ört-basdır edilməsini istəmir. Amma suallar aidiyyəti üzrə yönləndirilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib. 

Nazirin sözlərinə görə, bəzən mətbuatda məsələ araşdırılmamış yekun qərar verilir: "Məsələnin dəqiqləşdirilməsini və nəticəni gözləməyi tövsiyə edirəm. Ən azından etik prinsipləri qorumalıyıq. Çünki bu, çox vacib məsələdir. Hadisə baş veribsə, mütləq araşdırılmalıdır və bunun üçün vaxt lazımdır. Həmin vaxt müddətində jurnalistlər peşəkar etik qaydalara əməl etsə yaxşı olar”.

Gülnar Əliyeva