“EuroHome”un sahibi kimdir?

eurohomeun-sahibi-kimdir
Oxunma sayı: 18482

Bakı şəhərinin Binəqədi rayonunda yanan “EuroHome” tikinti materialları bazarının sahibi biznesmen Azay Möhnətovdur. 

“Qafqazinfo” “Virtualaz.org”a istinadən xəbər verir ki, iş adamı həmçinin, AF Holdinq Şirkətlər Qrupunun və “Uğur-97” şirkətinin prezidentidir.

Azay Möhnətovun aktivində kifayət qədər çox sayda tanınmış obyekt, o cümlədən məşhur “AF Mall” və “AF Hotel & Aqua Park” var.

Möhnətov uzun illərdir Bakıda tikinti biznesi ilə məşğul olur. Onun “Uğur-97” şirkəti Bakının mərkəzində çoxsaylı “lüks” sinif yaşayış binaları inşa edib. Belə ki,  R. Behbudov küçəsində 9, 10, 16 və 18 mərtəbəli 3 bina, Milli Bankın yaxınlığında Ş. Bədəlbəyli küçəsində 19 mərtəbəli bina bu şirkət tərəfindən tikilib.

“EuroHome” ticarət mərkəzi isə 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi hektarlarla ərazidə tikilib. Bazarın yerləşdiyi ərazi əvvəllər «Azərxariciyol» MMC-yə məxsus olub. Bazar inşa edilərkən orada çoxsaylı şam ağaclarının kəsildiyi məlum idi.