Ev alqı-satqısı ofisindən maklerin meyiti tapıldı

ev-alqi-satqisi-ofisinden-maklerin-meyiti-tapildi
Oxunma sayı: 1357

Bakıda ofisdən meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində baş verib.

Dünən saat 16 radələrində Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Vüqar Məsim oğlu Xəlilovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti işlədiyi ev alqı-satqısı ofisində tapılıb.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.