“Evə gələn kimi gördük ki, gup getdi yerə...” - Video

eve-gelen-kimi-gorduk-ki-gup-getdi-yere
Oxunma sayı: 1564

Binəqədi rayonu Biləcəri qəsəbəsi Tomris məhəlləsində yerləşən fərdi yaşayış evinin bünövrəsi çöküb.

“Qafqazinfo” xəbər verir ki, İctimai TV bununla bağlı ərazidən süjet hazırlayıb.

İddialara görə, mənzil magistral kanalizasiya kollektorunun üzərində tikilib.

Sakinlər bildirib ki, kollektorda deformasiya səbəbindən çirkab su torpaq qatına axıb. Bu da ərazinin çökməsinə səbəb olub.

Zərərçəkənlər hadisənin gözlənilməz anda baş verdiyini deyib: “Evdə əyləşmişdik. Bir də gördük ki, çökmə oldu. Aidiyyəti qurumlara müraciət etdik. Bizi təxliyə etdilər”.

Qeyd edilib ki, orada əvvəlcə dəlik yaranıb: “Nəvəm baxıb dedi ki, həmin dəlikdən qoxu gəlir. Evə gələn kimi gördük ki, gup getdi yerə. Allaha şükür, yaxşı ki, uşaqlar ora düşmədi”.

Daha ətraflı videomaterialda: