Evliliklərinin 13-cü ildönümünü qeyd etdilər

evliliklerinin-13-cu-ildonumunu-qeyd-etdiler
Oxunma sayı: 4082

Uels şahzadəsi Uilyam Keyt Middletonla evliliklərinin 13-cü ildönümünü qeyd ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “7Days” nəşri məlumat yayıb.

Kral ailəsinin keçmiş eşikağası Qrand Harrold bildirib ki, şahzadə Keyt Middletonun səhhəti nəzərə alınaraq mərasim ailə içində keçirilib.

“Uilyamın arvadını əzizləmək üçün əlindən gələni edəcəyinə əminəm. Ola bilsin ki, o, yemək bişirəcək”.

Xatırladaq ki, uzun müddətdir ictimaiyyət arasında görünməyən 42 yaşlı Keyt Middletonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi. Keyt həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntüləndikdən sonra şayiələrə son qoyulmuşdu. Daha sonra isə o, onkoloji xəstəlik səbəbindən əməliyyat olunduğunu açıqladı.

Qeyd edək ki, cütlük 2011-ci ildə evləniblər. Ənənəyə görə, 13-cü toy ildönümü “vadinin zanbağı” adlanır.