Əxlaqsız hərəkətlər edən taksi sürücüsü saxlanıldı

exlaqsiz-hereketler-eden-taksi-surucusu-saxlanildi
Oxunma sayı: 15503

Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunaraq Bakı şəhərində saxlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.