Rəng trendlərini sadəcə izləyən deyil, onları formalaşdıran FAB Şirkətlər Qrupu 2026-cı ilin rəng konseptini təqdim edib. İlin trend rəngləri adaçayı yaşılı, moka qəhvəsi, südlü latte və bəyaz bal rəngləridir.
Qlobal dizayn tendensiyaları, dəyişən həyat tərzi, müasir məkan anlayışı və rəng psixologiyasının dərin analizi əsasında müəyyənləşdirilən “İlin rəngi” konsepti boya dünyasına yeni baxış gətirir.
FAB-ın təqdim etdiyi 2026-cı ilin trend rəngləri yaşayış və iş məkanlarında harmoniya, rahatlıq və balans hissini ön plana çıxarır. Seçilən rəng palitrası insan psixologiyasına müsbət təsir göstərərək məkanlara sakitlik, enerji və zamansız müasirlik qazandırır. Bu yanaşma FAB-ın dizayn və rəng sahəsindəki ekspert mövqeyini və trend yaratma gücünü bir daha təsdiqləyir.
“FAB ilin rəngi” konsepti interyer dizaynında fərdi üslubu vurğulamaq, məkanla emosional bağ yaratmaq və uzunmüddətli vizual dəyər formalaşdırmaq istəyənlər üçün ilham mənbəyi kimi təqdim olunur. Bu rəng konsepti memarlar, dizaynerlər, ustalar və fərdi istehlakçılar üçün yeni mövsümün əsas vizual referansına çevrilməyi hədəfləyir.
İnnovasiya və strateji baxışı ilə seçilən FAB Şirkətlər Qrupu bazarın mövcud və gələcək tələblərinə çevik cavab verməyi əsas prioritet hesab edir. Şirkət rəng sahəsində müəyyənedici mövqeyini qoruyaraq, boya dünyasında istiqamətverici rolunu gücləndirməyə davam edir.
FAB: rəngi seçən deyil, ili rənglə müəyyənləşdirən brend!
Son xəbərlər
Son Xəbərlər