“FAB”ın yeni mağazası açıldı - Abşeron Tikinti Materialları Mərkəzində

fabin-yeni-magazasi-acildi
Oxunma sayı: 2233

Bu gün “FAB” Şirkətlər Qrupu yeni mağazasını Qafqazın ən böyük inşaat bazarı olan “Abşeron Tikinti Materialları Mərkəzi”ndə istifadəyə verib.

Mağazada boyalar, divar kağızları, santexnika, elektrik malları, istilik və havalandırma, aydınlatma, bağ-baxça, alçı, gips, yapışdırıcılar və s. məhsulları münasib qiymətə əldə edə bilərsiz.

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaradılmış bu nəhəng mərkəzin açılmasında məqsəd ölkədə və regionda inşaat sahəsində insanların ehtiyaclarını qarşılayacaq sənayeləşmiş zonanın yaradılmasıdır.

Burda sahibkarların və alıçıların rahatlığı üçün müasir standartlara cavab verən hər çür şərait yaradılır.

Qeyd edək ki, “Abşeron Tikinti Materialları Mərkəzi” “Sədərək” ticarət mərkəzinin arxasında, Lökbatan yolu üzərində yerləşir.