Fazil Qasımov Qubad İbadoğlunun işi ilə bağlı saxlanıldı

fazil-qasimov-qubad-ibadoglunun-isi-ile-bagli-saxlanildi
Oxunma sayı: 11213

Sosial şəbəkələrdə Qubad İbadoğlunun işi ilə əlaqədar azərbaycanlı alim Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb. 

Məlumatı DİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya təsdiqləyiblər.

Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov saxlanılıb ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən istintaqa təhvil verilib.

Qeyd edək ki, iqtisadçı alim olan F.Qasımov Türkiyədə çalışırdı. 

Xatırladaq ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Sail Ağasəlim