FED faiz dərəcəsini sabit saxladı

fed-faiz-derecesini-sabit-saxladi
Oxunma sayı: 315

ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) iqtisadi tənzimləmə siyasətində fasilə verərək baza faiz dərəcəsini dəyişməz saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, Açıq Bazarda Əməliyyatlar üzrə Federal Komitə (FOMC) faiz dərəcəsini illik 3,5–3,75% səviyyəsində saxlamağa qərar verib.

Bildirilib ki, bu qərar bazar analitiklərinin gözləntiləri ilə tam üst-üstə düşür.

FED-in bəyanatında Yaxın Şərqdə davam edən hərbi gərginliyin ABŞ iqtisadiyyatı üçün yaratdığı qeyri-müəyyənliklər xüsusi vurğulanıb. Qurum inflyasiyanın 2%-lik hədəf səviyyəsinə qaytarılması və maksimum məşğulluğun təmin edilməsi istiqamətində riskləri diqqətlə izlədiyini bildirib.

Xatırladaq ki, FED bundan əvvəlki üç iclasda dərəcələri ardıcıl olaraq 0,25 faiz bəndi aşağı salmışdı.