Fətullah Gülən öldü

fetullah-gulen-oldu
Oxunma sayı: 15109

FETÖ terror təşkilatının lideri Fətullah Gülən ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı FETÖ liderinin yaxın ətrafı tərəfindən idarə olunan “Herkul” saytı öz “X” hesabında paylaşıb.

O, dünən yerləşdirildiyi xəstəxanada vəfat edib.

83 yaşlı Gülənin qohumu Ebuseleme Gülən də sosial şəbəkə hesablarında paylaşım edərək onun ölüm xəbərini təsdiqləyib. 

Qeyd edək ki, FETÖ lideri 1999-cu ildən ABŞ-də yaşayırdı. Onun sonuncu dəfə oktyabrın 14-də Pensilvaniya ştatındakı yeni evindən çıxarkən dronlar vasitəsilə çəkilmiş görüntüləri yayılmışdı