Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun altı müavinindən ikisinin vəzifəsindən azad edilməsi təsdiqlənib.
“Qafqazinfo” xəbər verir ki, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyevin adı nazirliyin rəsmi saytının rəhbərlik bölümündən çıxarılıb.
Bundan əvvəl üçüncü müavin general-leytenant Faiq Tağızadənin də işdən çıxarıldığı bildirilsə də, həmin məlumat təsdiqlənməyib. General Tağızadə hazırda nazir müavini vəzifəsində qalır.
Xəbəri rus dilində oxuyun: Увольнение двух заместителей министра в МЧС — подтверждено
Qeyd edək ki, Etibar Mirzəyev saytımıza yaş həddi ilə bağlı təqaüdə çıxdığını açıqlamışdı.
Son xəbərlər
Son Xəbərlər