Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirliyin Bakı Regional Mərkəzinin növbətçi hissəsinin rəisi polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovun işdən kənar vaxt səhhəti qəfil pisləşib.
O, dərhal mərkəzin tibb məntəqəsinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
18 ildir FHN-də xidmət edən R.Həsənovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna aparılıb.
Aslan Vəliyev

Son xəbərlər
Son Xəbərlər