Filippin sahillərində güclü zəlzələ

filippin-sahillerinde-guclu-zelzele
Oxunma sayı: 1108

Sakit okeanda Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ olub.

Bu barədə “Qafqazinfo” Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Yeraltı təkanların episentri 237 minə yaxın əhalinin yaşadığı Batanqas şəhərindən 2 kilometr cənub-qərbdə, ocağı isə 133 kilometr dərinlikdə yerləşib.

Sunami xəbərdarlığı barədə məlumat daxil olmayıb.