Finlandiyada helikopterlər toqquşdu - 5 nəfər öldü

finlandiyada-helikopterler-toqqusdu
Oxunma sayı: 1277

Finlandiya səmasında iki helikopter toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Estoniyanın ERR dövlət televiziyası ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, helikopterlər Tallinndən havaya qalxdıqlan sonra Finlandiyanın qərbindəki Eura aerodromunun ərazisində toqquşub.

Estoniya XİN-in konsulluq yardımı departamentinin direktoru Marqus Särglepp bildirib ki, toqquşma nəticəsində beş nəfər həlak olub.