Fırtına ilə bağlı - Gəmilərə xəbərdarlıq

firtina-ile-bagli
Oxunma sayı: 768

Fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) məlumat yayıb.

“Fevralın 3-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi fevralın 5-i səhər saatlarına kimi davam edəcək. 

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə arabir 32-34 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 5.0-7.0 m. çatacağı proqnozlaşdırılır”, - məlumatda deyilir.