Tokayev Pakistana gedir

tokayev-pakistana-gedir
Oxunma sayı: 326

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistana dövlət səfəri edəcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Tokayevin səfəri 3-4 fevral tarixlərini əhatə edəcək.

O, dövlət səfəri çərçivəsində pakistanlı həmkarı Asif Əli Zərdari və Baş nazir Şahbaz Şəriflə görüşəcək. 

Qeyd olunub ki, Tokayev həmçinin Qazaxıstan-Pakistan biznes forumunda da iştirak edəcək.