Fransa abort etmək hüququnu konstitusiyaya daxil edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, Fransa dünyada abort hüququnu konstitusiyasına açıq şəkildə daxil edən ilk ölkə olub.
Belə ki, parlamentarilər ölkənin 1958-ci il konstitusiyasına qadınların abort etmək hüququna yenidən baxılmasına səs veriblər. Nəticədə, qanun 780-72 səs çoxluğu ilə qəbul olunub.
Bundan sonra Parisdəki Eyfel qülləsi "Mənim Bədənim Mənim Seçimim" mesajı ilə işıqlandırılıb.
Qeyd edək ki, bu, Fransada 1975-ci ildə qəbul olunmuş abort haqqındakı qanuna 25-ci düzəlişdir.