Fransa nazirlərinin səfərinə etiraz - Video

fransa-nazirlerinin-seferine-etiraz
Oxunma sayı: 4180

21 fevral 2024-cü ildə Yeni Kaledoniyanın paytaxtı Numeada Fransanın daxili işlər naziri Gerald Darmanin və dənizaşırı ərazilərə məsul nazir Marie Guévenouxun səfərinə etiraz olaraq aksiya keçirilib, aksiya zamanı yenidən Azərbaycan bayrağı dalğalandırılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, aksiyanın başlıca məqsədi Fransa Hökuməti tərəfindən Yeni Kaledoniyada siyasi tarazlığı dəyişmək üçün yerli səsvermə prosedurunda etmək istədiyi dəyişiklərə qarşı yönəlib.

Məlumat üçün bildirək ki, Yeni Kaledoniya sakinləri bir neçə seçici siyahısına bölünür. Müəyyən şərtlərə - Məsələn, Paris sakini 10 ildən artıq müddət ərzində Yeni Kaledoniyada yaşasa belə - cavab verməyən Fransa vətəndaşları Yeni Kaledoniyanın gələcək taleyi və əyalət seçkilərində iştirak edə bilmir. Fransa Hökuməti hazırda dəyişiklik etməklə həmin insanlara sözügedən hüququ vermək istəyir və bununla da, müstəqillik uğrunda mübarizə aparan fəalların üstünlüyünə son qoymaq məqsədi daşıyır.

Aksiya zamanı etirazçılar və polis arasında qarşıdurma baş verib. Polis gözyaşardıcı qazdan istifadə edib.

Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən Qvadelupa, Fransız Qvianası, Martinik və Fransız Polineziyasının siyasi hərəkat və partiyaları BTQ-nin təşəbbüsü ilə Yeni Kaledoniyada bu gün keçirilmiş etiraz aksiyası ilə əlaqədar dəstəkverici bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir ki, Polineziyanın müstəqilliyi uğrunda mübarizə aparan “Tavini huiraatira” partiyasının rəhbəri, onun üzvləri azadlıq və öz müqəddəratını təyinetmə mübarizəsi aparanları tam şəkildə dəstəkləyir.

“İstər Qayana, Qvadelupa, Martinika, və ya Kanaklar olsun, biz bir xalqıq, öz müstəqilliyinə və heç bir şərt olmadan tam suverenliyinə can atanlarıq.

“Koloniyalar nazirinin” Kanak torpağına səfəri münasibəti ilə biz 21 fevralında Noumeada Kanak xalqının başladığı nümayişlərə və səfərbərliyinə tam dəstəyimizi bir daha ifadə edirik.

Koloniyaların vaxtı bitdi.

İrəli getməyə, gələcəklərini birlikdə qurmaq qərarına gələn bütün etnik qruplardan olan gənclərə yol açın”, - bəyanatda deyilir.