Fransada “McDonald's” işini yenidən bərpa etdi

fransada-mcdonalds-isini-yeniden-berpa-etdi
Oxunma sayı: 1192

Fransanın paytaxt regionunda “McDonald's” restoranı işini yenidən bərpa edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, sürücülərə “Drive McDo” tipli xidmət göstərən restoranın qarşısında bir neçə kilometrlik növbə yaranıb. Sena və Marna departamentində sürücülər bu xəbəri eşidən kimi avtomobil restoranın qarşısına axışıb.

Qeyd edək ki, Fransada ictimai iaşə obyektlərinin səyyar xidmətləri karantin rejimi dövründə qadağan edilməyib və “McDonal's” dünəndən etibarən Paris ətrafında avtomobil restoran açmaq qərarına gəlib. Ölkədə izolyasiya rejimi mayın 11-dək uzadılıb.