“Әla nәticәdi. Komandanı tәbrik edirәm. Prosineçkiyә dә tәşәkkür edirik. Çәtin olsa da, hәr kәs әlindәn gәlәni etdi vә çox lazımlı xal qazandıq. Gözlәnilmәzdi, ancaq gәlin, eyforiyaya qapılmayaq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev bildirib.
DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə səfər oyunundan sonra (0:0) jurnalistlərin suallarını cavablandıran Abdullayev “Yığmanın ilk 3 oyunda 7 xal qazanması vә buna qol buraxmadan nail olmasının mükafatı nә olacaq?” sualına belə cavab verib: “Gәlin, mükafat mövzusunu qabartmayaq. Meydana çıxıb, vәtәn uğrunda çalışırıq. Rəqib məşqçi oyundan öncə demişdi ki, Prosineçkini məşqçi kimi tanımır. İndi tanıyar. Futbolda gərək yekəxanalıq etməyəsən”.
Son xəbərlər
Son Xəbərlər