Füzuli aeroportunda ilk rəsmi qarşılama Ərdoğan üçün təşkil olunacaq

fuzuli-aeroportunda-ilk-resmi-qarsilama-erdogan-ucun-teskil-olunacaq
Oxunma sayı: 5230

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Prezidentin səfəri bir günlük olacaq.

O, Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılacaq. Ərdoğanı Prezident İlham Əliyev rəsmi mərasimlə qarşılayacaq.

Hava limanında ilk rəsmi qarşılama mərasimi Ərdoğan üçün təşkil olunacaq.

Azərbaycanın işğaldan azad etdiyi Qarabağ torpaqlarında tikilən ilk hava limanı olan Füzuli aeroportu Ərdoğanın qatılacağı mərasimlə xidmətə açılacaq.

Ərdoğan mərasimdə çıxış edəcək.

Qeyd edək ki, bu, Türkiyə Prezidentinin son bir ildə Azərbaycana üçüncü rəsmi səfəridir.

Həmçinin oxuyun: Ərdoğanın Azərbaycana səfər tarixi bəlli oldu

Ərdoğan Azərbaycana səfər proqramını açıqladı