Füzulidə həbslər - İcra başçısının nümayəndəsi də saxlanıldı

fuzulide-hebsler-
Oxunma sayı: 8288

Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyev yanvarın 13-də rayonda baş verən hadisələrlə bağlı saxlanılıb. Hadisə ilə bağlı daha bir neçə nəfərin də saxlanıldığı qeyd olunur.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Salmanov Ş. Hacıyevin saxlanılması faktını təsdiqləyib.