Füzulidə şəhidlərin xatirəsinə abidə ucaldıldı - Fotolar

fuzulide-sehidlerin-xatiresine-abide-ucaldildi
Oxunma sayı: 1591

Füzuli rayonunda 8 Noyabr Zəfər Günü ilə əlaqədar şəhidlərin əziz xatirələrinin əbədiləşdirilməsi və ruhlarının ehtiramla yad edilməsi məqsədilə silsilə tədbirlər davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün rayonun 6 saylı Qayıdış qəsəbəsində şəhidlərin xarirəsinə ucaldılmış abidənin də açılışı olub. Abidədə Qayıdış qəsəbələrində yaşamış 4 nəfər Vətən müharibəsi şəhidinin şəkilləri və məlumatları əks olunub. Bunlar şəhid Quliyev Elnur Eldar oğlu, Rzayev Nurlan Usub oğlu, Şəhid Cəfərov Şəmsi Mahir oğlu , şəhid Ağayev Elmir Rasim oğludur. 

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri abidənin açılışında iştirak ediblər. Açılışda çıxış edən rayon rəhbəri 44 günlük Vətən müharibəsində qazanılan zəfərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ordu quruculuğu siyasətinin müsbət nəticələrindən olduğunu diqqətə çatdırıb. Xalqımıza qələbə sevinci yaşadan qəhrəman şəhidlərimizin əziz xatirələrinin əbədi olaraq yaşayacağını vurğulayan Alı Alıyev şəhid ailələrinə və qazilərə həssas münasibət göstərməyin hər kəsin vətəndaşlıq borcu olduğunu bildirib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə hər zaman diqqət və qayğı ilə yanaşdıqlarını vurğulayıb.

Qeyid edək ki, Füzuli rayonun Vətən müharibəsində 78 şəhidi var. 6 saylı Qayıdış qəsəbəsində Vətən müharibəsi 4 şəhidinin ailəsi yaşayır.