G7-nin Ukraynaya dəstəyini davam etdirməyə hazır olduğunu açıqladı

g7-nin-ukraynaya-desteyini-davam-etdirmeye-hazir-oldugunu-aciqladi
Oxunma sayı: 1332

ABŞ Prezidenti Co Bayden Yeddilik Qrupu (G7) ölkələrinin liderlərinin virtual görüşündən sonra assosiasiyanın Ukraynaya dəstəyini davam etdirməyə hazır olduğunu bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ lideri bu haqda Ağ Evdə çıxışı zamanı danışıb.

“Mən indicə G7 çərçivəsində görüş keçirdim və bu, müzakirə etdiyimiz məsələlərdən biri idi. Bütün Avropa liderləri bizimlə qalmağa, Ukrayna ilə qalmağa hazırdılar”, - Bayden deyib.

O, ABŞ Konqresinə müraciət edərək, Vaşinqton administrasiyasının Ukraynaya əlavə böyük maliyyə yardımı tələbini təsdiqləməyə çağırıb.