Dünən İstanbulda “Aşk Tesadüfleri Sever- 2” filminin premyerası olub. “Qafqazinfo” xəbər verir ki, baş rollarda Nəsrin Cavadzadə, Yiğit Kirazcı, Elif Doğan və Aytaç Şaşmazın olduğu ekran işi “Kanyon Cinemaximum”da təqdim edilib.
Ömer Faruk Sorak və İpek Sorakın rejissorluq etdiyi layihənin birinci versiyasının ulduzları Belçim Bilgin və Mehmet Günsür də gecədə iştirak edib.
Qonaqlar arasında Nəsrin dekoltəli ağ geyimi ilə bütün diqqəti öz üzərinə çəkə bilib. O, instaqramda fotolarını paylaşaraq “bu qalaya heç hazırlaşmadım” şərhini yazıb.




Son xəbərlər
Son Xəbərlər