Gəncədə 56 yaşlı kişi bıçaqlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Totanlı kəndi ərazisində qeydə alınıb.
1970 ci il təvəllüdlü Elcan Əllilli bədənin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibi yardım göstərilib, vəziyyəti kafidir.
İlkin məlumata görə kişi tanıdığı şəxs tərəfindən torpaq sahəsi üstündəki ədavətə görə bıçaqlanıb.
***
Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər