Gəncədə gənc oğlan bıçaqlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Röyal Məmmədovun tanımadığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.
O, bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta ağır olduğu qeyd olunur.
Faktla bağlı araşdırma başlanılıb.
***
Gəncədə bıçaqlanan şəxs xəstəxanada ölüb. Həkimlərin səylərinə baxmayaraq, 25 yaşlı R.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
***
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Murad Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.
***
Gəncə Şəhər Prokurorluğunun məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
***
Mərhumun dayısı Bəylər Məmmədovun saytımıza bildirdiyinə görə, bıçaqlanan Röyal Məmmədov Qarabağ qazisi olub və taksi fəaliyyəti ilə məşğul olub.
.jpg)
O bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən Murad Hacıyev isə qonşuluqda yaşayıb. Lakin bıçaqlanma hadisəsinin baş vermə səbəbi məlum deyil.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər