Gəncədə “Audi” ilə “Vaz 2107” toqquşdu - Xəsarət alanlar var-Foto - Yenilənib

gencede-audi-ile-vaz-2107-toqqusdu
Oxunma sayı: 553

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

“Audi” və “Vaz 2107” markalı maşınların toqquşması nəticəsində xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada yaralanan şəxslərin sayı üç nəfərə çatıb.

Belə ki, hadisə zamanı 1997-ci il təvəllüdlü Ruzi Musatafayev, 1990-cı il təvəllüdlü Seymur Qurbanov və 1986-cı il təvəllüdlü Xəyal Məmmədov xəsarət alıb.

Hər üç şəxs şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib. Onlardan birinin vəziyyəti daha ağırdır. 

Yunis Quliyev