Gəncədə ər arvadını bıçaqladı, özü isə intihar etdi

gencede-er-arvadini-bicaqladi-ozu-ise-intihar-etdi
Oxunma sayı: 3732

Gəncədə əri qadını bıçaqlayıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisəni törədən şəxs sonra özünü bıçaqlayaraq intihar edib.

Gəncə şəhər ərazisində 1982-ci il təvəllüdlü H.Quliyeva gözlərindən bıçaq xəsarəti alıb və ağır halda xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən əri isə sonradan özünü bıçaqlayaraq intihar edib.

Hadisə Gəncə şəhər Uzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

***

Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla zərərçəkmişin əri 1965-ci il təvəllüdlü Səttar Cəlilovun şəxsi mübasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, daha sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.