Gəncədə toyda bıçaqlanma - Saxlanılan var - Yenilənib

gencede-toyda-bicaqlanma
Oxunma sayı: 5241

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 25 yaşlı Arzu Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, hadisə toy məclislərinin birində qeydə alınıb.

***

DİN-in Gəncə regional qrupundan bildirilib ki, hadisə polis əməkdaşları tərəfindən araşdırılır.

Təqsirli şəxsin müəyyən olunub istintaqa təhvil verilməsi üçün tədbirlər görülür. Cinayətin qəsd, yaxud ehtiyatsızlıqdan baş verməsi istintaq predmetidir.

***

Polisin keçirdiyi tədbirlər nəticəsində A.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Daşkəsən rayon sakini 25 yaşlı Sənan Bağırov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.

Yunis Quliyev