Gəncənin icra başçısı sakinlərlə görüşdü - Fotolar

gencenin-icra-bascisi-sakinlerle-gorusdu
Oxunma sayı: 2177

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə maraqlanıb.

Bu barədə “Qafqazinfo”ya Gəncə ŞİH-dən məlumat verilib.

Növbəti səyyar görüş “Azəralüminium” MMC-də baş tutub. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Aparatın məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Niyazi Bayramov “Azəralüminium” MMC-də çalışan və yaxın ərazidə yaşayan sakinlərin müraciətlərini dinləyib. Müraciətlər arasında işlə təminat, maddi yardımın göstərilməsi, qəsəbələrə yeni marşrut xətlərinin açılması, məhəllədaxili yolların asfaltlanması kimi məsələlər üstünlük təşkil edib.

Görüş zamanı səsləndirilən problemlərin araşdırılaraq qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Qaldırılan bir çox məsələ yerindəcə öz həllini tapıb. Yerli icra hakimiyyətlərinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər qeydiyyata alınaraq aidiyyəti qurumlara yönləndirilib.