General Hüseynov vəzifəsindən azad olundu - Yenilənib

general-huseynov-vezifesinden-azad-olundu
Oxunma sayı: 14088

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Hüseynov vəzifəsindən azad edilib.

“Qafqazinfo” “Bakupost”a istinadən xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxarılıb.

***

İsmayıl Hüseynov “Unikal”a açıqlamasında səhhətində problem yarandığını və həkim yoxlanışından keçdiyini bildirib.

“Boynumda yırtıq yaranıb. Artıq bu səbəbdən işləyə bilmirəm”, - o qeyd edib.

Qeyd edək ki, İsmayıl Hüseynov 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib.

2023-cü ildən isə o, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.