ABŞ Müdafiə Nazirliyi uçan naməlum obyektlərlə (UNO) bağlı əvvəllər məxfi saxlanılan sənədlərin bir hissəsini ictimaiyyətə açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, qurum açıqlamanın mərhələli şəkildə davam etdiriləcəyini bildirib.
İlk mərhələdə ümumilikdə 162 sənəd internet üzərindən ictimaiyyətə açıqlanıb. Bu materiallara istintaq qeydləri, şahid ifadələri və müxtəlif hesabatlar daxildir.
ABŞ Prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqset açıqlamada sənədlərin ictimaiyyətə “maksimum şəffaflıq” prinsipi ilə təqdim olunduğunu bildiriblər.
Qeyd edilib ki, keçmiş administrasiyalardan fərqli olaraq, hazırkı yanaşma vətəndaşların məlumatlara sərbəst çıxışını təmin etməyə yönəlib.
Açıqlanan sənədlərə heç bir xüsusi icazə tələb olunmadan Müdafiə Nazirliyinin rəsmi saytından baxmaq mümkündür.
Bildirilir ki, bu proses tədricən davam etdiriləcək və daha çox material paylaşılacaq.
İlk açıqlanan arxivdə ABŞ ordusunun qeydləri, pilot və şahid ifadələri, infraqırmızı kameralarla qeydə alınmış naməlum obyekt görüntüləri və ictimai hesabatlar yer alır.
Bəzi materiallarda hərbi təyyarələrin qeydə aldığı izah olunmayan hava hadisələri də əks olunur.
Açıqlanan sənədlər arasında “Apollo 17” missiyasına aid 1972-ci il fotoşəkilləri də yer alıb. Ay səthini göstərən bəzi kadrlarda qeyri-adi işıq nöqtələri diqqət çəkib.








Son xəbərlər
Son Xəbərlər