Gömrük Komitəsi video yaydı

gomruk-komitesi-video-yaydi
Oxunma sayı: 10145

“Son günlər bir sıra kütləvi informasiya vasitələrində, xüsusilə də sosial şəbəkələrdə gömrük postlarında lentə alınan, dəqiq mənbəyi məlum olmayan və gömrük əməkdaşlarının əsasən də qadınlara “kobud”rəftarını əks etdirdiyi iddia edilən videolar yayımlanır. Dövlət Gömrük Komitəsi bildirir ki, bu videolar məqsədli olaraq və əsasən ölkəmizin gömrük orqanları, gömrükçülər haqqında mənfi rəy formalaşdırmağa imkan verəcək şəkildə montaj olunaraq ictimaiyyətə çatdırılır”.

DGK Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu barədə komitənin yaydığı bəyanatda deyilir. Bəyanatda qeyd edilir ki, komitənin yaydığı  videoya baxmaq kifayətdir ki, gömrük əməkdaşlarının hansı şəraitdə çalışdıqları, hansı təhqir və şəxsiyyəti alçaldıcı ifadələrə məruz qaldıqları haqqında insanlarda lazımi fikir formalaşsın.

DGK bildirir ki, binaya daxil olan bəzi vətəndaşlar malların avadanlıqlar vasitəsi ilə yoxlanılmasına imkan vermirlər. Əksər hallarda gömrük-keçid məntəqələrində qanunlara tabe olmaqdan imtina edən bu şəxslərin hərəkətləri gömrük postlarında quraşdırılan avadanlıqların, 100 minlərlə manat dəyərindəki xüsusi qurğuların sıradan çıxmasına səbəb olur.

Komitənin yaydığı videonu təqdim edirik: