Gömrükdən “monopoliya bundan yaxşı idi” iddiasına - Cavab

gomrukden-monopoliya-bundan-yaxsi-idi-iddiasina-
Oxunma sayı: 7948

Ötən gün Milli Məclisin yaz sessiyasının ilk iclasında millət vəkili Musa Quliyev sahibkarların mallarını 36 faizlik gömrük rüsumuna görə ölkəyə gətirə bilmədikləri ilə bağlı maraqlı çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, M. Quliyev bildirib ki, İran, Türkiyədən və Çindən mal gətirən sahibkarlar 36 faizlik gömrük rüsumunu ödəyə bilmirlər: “Buna görə də, bir aydır ki, malları ölkəyə keçirə bilmirlər. Sahibkarlar az qala monopoliyanın bərpa olunmasını istəyirlər. Deyirlər ki, heç olmasa əvvəllər monopolistlərlə dil tapa bilirdilər.  Həmçinin bir sıra dərman vasitələri hələ də rəsmiləşdirilməyərək terminallarda saxlanılıb".

“Qafqazinfo” millət vəkilinin çıxışı ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Natiq Axundovla əlaqə saxlayıb. O bildirib ki,  36 faizlik rüsum məsələsinin onlara aidiyyatı yoxdur: "Bu dövlətin tətbiq etdiyi rüsumdur. Malların keçirilməsi zamanı sahibkarlar dövlətin qoyduğu rüsumu ödəməlidirlər. Biz icraedici orqanıq. Rüsumun bu qədər olmasının bizə aidiyyatı yoxdur.

Dərman vasitələrinin terminallarda saxlanılmasına gəlincə isə, son bir ay ərzində ölkəyə daxil olan bütün dərman vasitələri rəsmiləşdirilib. Terminalda qalan heç bir dərman vasitəsi yoxdur".

Günel Türksoy