Goranboyda kütləvi dava - 3 nəfər xəstəxanalıq oldu

goranboyda-kutlevi-dava
Oxunma sayı: 1983

Goranboyda kütləvi dava-dalaş olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə rayonun Veyisli kəndində qeydə alınıb.

Kənd sakinləri Elşad Abuzərov, Turac Zeynalov və Elbəyi Mustafayev bir-birinə müxtəlif alətlərlə xəsarət yetiriblər.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev