Goranboyda ağır qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Ağcakənd istiqamətində olub.
İlkin məlumata görə, “KİA” markalı avtomobil evə çırpılıb.
Nəticədə iki nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Xəsarət alan Xocalı rayon sakini 1986-cı il təvəllüdlü Ramal Mehdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər