“Azərbaycan əleyhinə hər gün paylaşım edənlər nədənsə səslərini çıxarmırlar”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Yaxın Şərq və Mərkəzi Asiya Tədqiqat İnstitutunun direktoru Hilmi Demir “X” hesabında yazıb.
“Azərbaycan əleyhinə hər gün paylaşım edənlər nədənsə İsrail və Misir arasında 35 milyard dollar dəyərində qaz sazişinin imzalanmasına qarşı səslərini çıxarmırlar. Misir Səfirliyinin qarşısında etiraz aksiyası da keçirilmir... Görünür, onların problemi Azərbaycan imiş!”, - deyə H. Demir əlavə edib.
Qeyd edək ki, bu gün İsrail Baş naziri Benyamin Netanyahu ölkə tarixində ən böyük qaz sazişini təsdiqləyib. İsrail və Misir arasında imzalanmış sazişin ümumi dəyəri 35 milyard ABŞ dolları təşkil edir.

Son xəbərlər
Son Xəbərlər