Göygöl Şərab Zavodu “Avtolüks Azərbaycan”ın tədbirində iştirak edib - Fotolar

goygol-serab-zavodu-avtoluks-azerbaycanin-tedbirinde-istirak-edib
Oxunma sayı: 1145

17-18 fevral tarixlərində “Avtolüks Azərbaycan” və “Azərbaycan Avtomobil Federasiyası”nın birgə təşkilatçılığı ilə “Range Rover” markalı avtomobil sahibləri üçün ölkəmizin gözəl guşələrindən biri olan Qusar rayonunda - “Pik Palace” hotelində tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Göygöl Şərab Zavodu da bu təbdirdə rəsmi tərəfdaş kimi iştirak edərək yüksək keyfiyyətli təbii tərkibə malik “KARABAKH” şərablarını, “Xan X.O.” konyakını, eləcə də “Xan 1860” araq məhsullarını təqdim edib. Qonaqlara geniş çeşidli olan “KARABAKH” şərablarının zəngin dadından həzz almaq imkanı yaradılıb, həmçinin onların istehsal prosesi, şərabçılıq estetikası və müxtəlif yeməklər üçün ideal şərab seçiminin incəlikləri haqqında ətraflı məlumat təqdim edilib.

Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi adı altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanıb.