ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsini artırmasından sonra faizlərin 1 faiz və ya daha aşağı səviyyəyə endirilməsini istəyib.
“Qafqazinfo” xəbər verir ki, Tramp sosial media hesabında ABŞ iqtisadiyyatı ilə bağlı paylaşım edərək ölkənin “dünyada ən yaxşı kreditə” sahib olduğunu bildirib və faiz dərəcələrinin aşağı salınmasının vacibliyini vurğulayıb.
ABŞ-nin yeni investisiyalar hesabına sürətlə böyüdüyünü qeyd edən Tramp ölkənin ticarət kəsiri ilə bağlı da fikirlərini bölüşüb.
“Əksər ölkələrlə ticarət kəsirimiz olduğu üçün, ticarəti dayandırsaq, ildə ən azı 1,5 trilyon dollar qazanardıq. “Kəsir” sözü “zərər” üçün dəbdəbəli bir sözdən başqa bir şey deyil. Dünyanın, demək olar ki, hər ölkəsində vəziyyət belədir və bu, artıq belə davam edə bilməz”, - Tramp deyib.
“ABŞ üçün faiz dərəcələrini tez bir zamanda aşağı salın”, - ABŞ Prezidenti FED-ə çağırış edib.
Qeyd edək ki, FED sentyabr iclasında siyasət faizini 25 baza bəndi artıraraq 3,75-4 faiz aralığına çatdırıb. Bu, 2023-cü ildən bəri FED-in ilk faiz artımı olub.
Son xəbərlər
Son Xəbərlər