“Gucci”nin reklam siması olan erməni model terror təşkilatına qoşulub - Video

guccinin-reklam-simasi-olan-ermeni-model-terror-teskilatina-qosulub
Oxunma sayı: 6726

Dünyaca məşhur “Gucci” brendinin reklam simalarından biri olan erməni model Armine Harutyunyan “VoMa” terror təşkilatına qoşulub.

“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, bu barədə məlumatı model terror təşkilatının kanalına müsahibəsi zamanı açıqlayıb. 

Bildirilir ki, Harutyunyan silahla atış məşqlərinə başlayıb. O, müsahibəsində “VoMa”nın Azərbaycana hücum edəcəyini qeyd edib.