Güclü geomaqnit qasırğası gözlənilir

guclu-geomaqnit-qasirgasi-gozlenilir
Oxunma sayı: 3041

Güclü geomaqnit qasırğası gözlənilir.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından “Qafqazinfo”ya verilən məlumata görə, 30 noyabr-3 dekabr tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Tac Kütlə Atılmalarının təsiri ilə enerjisi 2 MeV-dən çox olan elektron selinin yüksək səviyyələrə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton seli üçün isə S1 səviyyəli radiasiya qasırğası gözlənilir.

Geomaqnit sahəsi - 27-28 noyabrda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası olması gözlənilir.

1 dekabr tarixində isə aktivliyin artacağı, geomaqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yüksələcəyi, dekabrın ayının 2-də yenidən G1 səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.

Dekabrın ilk günlərində TKA və Günəşin səthindəki Tac dəliyinin təsiri ilə geomaqnit sahəsinin aktiv səviyyələrdə olacağı və 5 dekabrda yenidən G1(zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.