Yaponiyanın Kumamoto prefekturasında polis yerli sakinlərdən zəlzələdən sonra spirtli içkilərdən həddindən artıq istifadə etməməyi xahiş edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Sora News” məlumat yayıb.
Məqsəd təcili yardım xidmətlərinin diqqətini fəlakət bölgəsindəki xilasetmə və yardım işlərindən yayındırmamaqdır.
Polis əməkdaşları vurğulayıblar ki, onlar spirtli içkilərin tam qadağan edilməsini tələb etmirlər, lakin həddindən artıq istehlak davalara, alkoqol zəhərlənməsinə və polis və ya tibbi müdaxilə tələb edən digər hadisələrə səbəb ola bilər.
Bildirilir ki, zəlzələdən sonra Kumamoto sakinlərinin spirtli içki istehlakında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunmayıb.
Qeyd edilir ki, Kumamoto Yaponiyada ənənəvi və güclü spirtli içki olan “şoçu” (shochu) istehlakı mədəniyyəti ilə tanınır. Hətta bu bölgədə “srokyu” adlanan xüsusi konusvari qədəhlərdən istifadə olunur. Bu qədəhləri içindəki içki tam bitənə qədər masanın üzərinə qoymaq olmur.
Xatırladaq ki, iyulun 28-də Yaponiyada 7,1, daha sonra isə 6,1 bal gücündə zəlzələlər qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər