Gülşən boşanır? - Ərindən açıqlama

gulsen-bosanir
Oxunma sayı: 4980

Son günlər iddialı səhnə geyimləri ilə maqazin gündəmindən düşməyən türkiyəli müğənni Gülşən və musiqiçi həyat yoldaşı Ozan Çolakoğlunun evliliyində böhran yaşandığı irəli sürülüb. Boşanma qərarı aldıqları deyilən məşhur cütlüyün cavabı da özünü çox gözlətməyib.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, ikili boşanma iddialarına belə aydınlıq gətirib:

“Boşanma yoxdur, hər şey yolundadır və işləməyə davam edirik. Xəbəri sizdən öyrəndik. Həm səhnədə, həm studiyada gərgin şəkildə işləyirik. Normal insanlar kimi ev həyatımız, uşağımız və işimiz var”.

O.Çolakoğlu xanımının açıq-saçıq geyimləri haqda bunları deyib: “Gülşənin geyimlərinə qarışmağım mümkün deyil. O, özünə nəyi yaraşdırırsa, geyinə bilər. İşini görür”.