Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə məhkum edilən müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, amnistiya aktı ona da şamil edilib.
Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmişdi. G.Sadıqova son qərarla 4 il 6 ay azadlıqdan məhrum olunub.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər