Günlərdir 8 Noyabr prospektində təmir gedir, saatlarla tıxacda qalırıq... - Video - Yenilənib

gunlerdir-8-noyabr-prospektinde-temir-gedir-saatlarla-tixacda-qaliriq
Oxunma sayı: 911

Paytaxtın Xətai rayonu ərazisində - 8 Noyabr prospektində aparılan qazıntı işləri yolda hərəkətin çətinləşməsinə və nəqliyyat sıxlığına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, prospektin AFFA-nın qarşısından keçən hissəsində qazıntı işlərinin ADSEA-nın “İri Şəhərlərin Su Təchizatı” QSC tərəfindən aparılması məlum olub.

Bildirilib ki, Keşlə Yağış Kollektorunda aparılan təmir işləri və mövcud infrastrukturun texniki vəziyyətinin yaxşılaşdırılması məqsədilə ərazidə profilaktik işlər aparılır. Kollektorun aşınmaya məruz qalmış hissələrində, xüsusilə yan və üst tərəflərində təmir-bərpa işləri davam etdirilir.

Qeyd edək ki, təmir işləri Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin yenidən qurulmasına dair 883 nömrəli Dövlət Proqramı çərivəsində həyata keçirilir. Proqram 2026-2035-ci illəri əhatə edir.

8 Noyabr prospektindəki işlərin nə vaxt başa çatdırılacağı hələlik açıqlanmayıb.

Daha ətraflı AzTV-nin süjetində:

***

Məsələ ilə bağlı “İri Şəhərlərin Su Təchizatı” QSC-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, təmir işləri yaxın günlərdə bitəcək: “Ümumiyyətlə tikinti-quruculuqla bağlı tarixləri qeyd etmək mümkün olmur, bəzən tez, bəzən də gec bitə bilər deyə çaşqınlıq yaratmamaq üçün qeyd edə bilmirik, amma işlər müntəzəm davam etdirilir”.