“Gürcüstan bu kədərli anda Azərbaycan xalqının yanındadır”

gurcustan-bu-kederli-anda-azerbaycan-xalqinin-yanindadir
Oxunma sayı: 969

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Azərbaycana başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, gürcü nazirin rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“Dost qonşu Azərbaycanda faciəvi helikopter qəzası barədə xəbər məni dərindən kədərləndirdi. Gürcüstan bu kədərli anda Azərbaycan xalqının yanındadır. Həlak olanların ailələrinə başsağlığımı çatdırır, yaralananlara şəfa diləyirəm”.