Xəbər verdiyimiz kimi, Gürcüstan parlamenti ölkənin baş naziri postuna namizəd kimi İrakli Kobaxidzeyə etimad göstərib.
“Qafqazinfo” xəbər verir ki, bundan əlavə, parlament Kobaxidzenin təmsil etdiyi Nazirlər Kabinetini və “Avropa dövlətinin qurulması üçün” hökumət proqramını da dəstəkləyib.
Hökumətin vəzifələri aşağıdakı kimi bölüşdürüləcək:
Rati Breqadze - ədliyyə naziri
Vaxtanq Qomelauri - daxili işlər naziri
Teya Tsulukiani - mədəniyyət və idman naziri
Levan Davitaşvili - iqtisadiyyat və davamlı inkişaf naziri
İrakli Çikovani - müdafiə naziri
İlya Darçiaşvili - xarici işlər naziri
Laşa Xutişvili - maliyyə naziri
İrakli Karseladze - regional inkişaf və infrastruktur naziri
Otar Şamugia - ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri
Giorgi Amilaxvari - təhsil, elm və gənclər naziri
Zurab Azaraşvili - işğal olunmuş ərazilərdən məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri
Tea Axvlediani - barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri.
Qeyd edək ki, nazirlər Kobaxidze onlar haqqında Sərəncam imzaladığı təqdirdə vəzifələrini tuta biləcəklər.